Çempionlar Liqası: “Qalatasaray“ “ÇFR“-lə heçheçə etdi

24 Oktyabr 2012 04:06 (UTC+04:00)
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti tur çərçivəsində E, F, G və H qruplarında çərşənbə axşamı matçlar keçirilib.

Trend-in məlumatına görə, Türkiyənin "Qalatasaray" klubu öz meydanında "ÇFR"-i qəbul edib. Oyun 1:1 hesablı heçheçə nəticəsi ilə bitib.

Digər oyunların nəticələri belədir:

"Nordşelland" - "Yuventus" - 1:1

"Şaxtyor" - "Çelsi" 2:1

BATE - "Valensiya" - 0:3

"Lill" - "Bavariya" - 0:1

"Barselona" - "Seltik" - 2:1

"Mançester Yunayted" - "Braqa" - 3:2

AzNews.az