Hövsanda dəhşətli qəza: 2 ölü, xeyli yaralı var

6 Oktyabr 2015 13:28 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin mətuat xidmətindən AzNews.az-a verilən məlumata görə, hadisə oktyabrın 5-də saat 20 radələrində qeydə alınıb. Nəticədə hələlik sürücüsünün şəxsiyyəti müəyyən edilməmiş "Mitsubishi" markalı avtomobil aşıb. Nəticədə sərnişinlərdən Bakı şəhər sakini Məhəmməd Hüseynov və Oğuz rayon sakini Eyvaz Osmanov ölüb, digər 6 sərnişin isə yaralanıb.

Faktla bağlı Suraxanı RPİ tərəfindən araşdırma aparılır.