Yeni uşaq dünyaya gətirən ana öldü

6 Oktyabr 2015 19:14 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Ürkməzli kənd sakini, 1987-ci il təvəllüdlü Təranə Əsgərova Qazaxda ikinci övladını dünyaya gətirdikdən sonra səhhəti pisləşib. Paytaxtda olan xəstəxanaların birinə aparılan ana orada dünyasını dəyişib. T. Əsgərovanın yaxınlarının bildirdiklərinə görə, qadın qeysəriyyə yolu ilə uşaq dünyaya gətiribmiş.