Gəncədə evdə partlayış - Tibb bacısı yandı

6 Oktyabr 2015 21:44 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasında tibb bacısı işləyən, 1968-ci il təvəllüdlü Gültəkin Mustafayeva yaşadığı evdə qaz sobasını yandırmaq istəyərkən partlayış olub və o yuxarı ətrafın 2-3 cü dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.