Saatlar 1 saat geri çəkilir

24 Oktyabr 2012 05:38 (UTC+04:00)


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 saylı qərarına uyğun olaraq, Azərbaycan Respublikası ərazisində yay vaxtı 2012-ci il oktyabrın 28-də saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə ləğv ediləcək.

AzNews.az