Üzeyir Cəfərovun namizədliyi qeydə alındı

7 Oktyabr 2015 09:31 (UTC+04:00)

Bu barədə AzNews.az-a Üzeyir Cəfərovun özü məlumat verib. Bildirib ki, namizədliyini bitərəf olaraq 33 saylı Xətai Birinci Seçki Dairəsindən irəli sürüb. Qeyd edək ki, Üzeyir Cəfərov 2005-ci ildə keçirilən seçkilərdə namizədliyini 73 saylı Lənkəran Seçki Dairəsindən versə də, qalib gələ bilməmişdi.

Yeni Azərbaycan Partiyası (YAP) həmin dairədən Hüseynbala Mirəlomovun, Müsavat Partiyası isə Arif Hacılının namizədliyini irəli sürüb.

Sevinc Yasinqızı
AzNews.az