Yusif Bağırzadə AMİP-dən istefa verdi - Partiyadan açıqlama (Yenilənib)

7 Oktyabr 2015 09:47 (UTC+04:00)

Bu barədə APA-ya Y. Bağırzadə özü məlumat verib.

Onun sözlərinə görə, istefaya səbəb səhhətində yaranan problemləridir.

Maraqlıdır ki, sədr istefasıyla bağlı partiyanı xəbərdar etməyib. Bu barədə məlumatı AzNews.az-a a sözügedən partiyanın beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev bildirib. Onun sözlərinə görə, Y.Bağırzadə bu qərarı verərkən partiyanın rəsmilərindən heç kəsə məlumat verməyib: "Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin istefa verməsindən xəbərsizik. Bu necə olub? Heç kəsin xəbəri yox. Yaxın saatlarda partiya onunla bağlı açıqlama yayacaq".

Xatırladaq ki, bu ay partiyanın qurultayının keçirilməsi gözlənilir.