Azis yenə Bakıya gəlir

7 Oktyabr 2015 14:34 (UTC+04:00)


Bu barədə AzNews.az-a konsertin təşkilatçısı Samir Xəttab məlumat verib. O, bildirib ki, konsert dekabrın 19-da baş tutacaq. Azis Elektra Events Hallda çıxış edəcək: "Bu konsert daha möhtəşəm, daha qeyri-standart keçəcək. Gözləmədiyiniz sürprizlər olacaq. Sizi konsertin başından sonuna kimi möhtəşəm şou gözləyir."

Konsertin biletlərinin qiymətləri məlum olub. Belə ki, dekabr ayının 19-da baş tutacaq konsertin qiyməti 20-150 AZN-dir.

Xatırladaq ki, Azisin ilk Bakı konserti bu ilin iyul ayında baş tutub. Anşlaqla keçən konsert birmənalı qarşılanmayaraq, uzun müddət medianın gündəmindən düşməyib.