20 yaşlı oğlanı zorladılar - Bakıda

7 Oktyabr 2015 17:19 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu barədə haqqin.az-a Qaradağ rayon polis idarəsindən bildiriblər.

Cinayət bu ilin avqust ayının 18-də Güzdək qəsəbəsində baş verib.

Saat 01:00-da Xocahəsən dairəsi yaxınlığında iki kişi VAZ-21053 markalı avtomobildə 20 yaşlı Hacıqabul sakini İ.X.-ya onu "Memar Əcəmi" metro stansiyasına qədər aparmağı təklif ediblər. Amma bunun əvəzinə onlar sərnişini Güzdək qəsəbəsinə gətiriblər, orada cinayətkarlar oğlanı zorlayıblar.

Zərərçəkənin avtomobilin dövlət nömrəsini yadda saxladığı bildirilib, bunun sayəsində istintaq şübhəli bilinənlərin izinə düşüb. Onların adı bildirilmir, amma qeyd edək ki, bu, 30 yaşlı Güzdək qəsəbəsinin sakinləridir. Şübhəli bilinən şəxslər saxlanılıb.

Oktyabrın 6-da işin materialları rayon prokurorluğuna verilib.