Ceyms Bond ekranlara qayıtdı

24 Oktyabr 2012 06:04 (UTC+04:00)
Britaniyanın paytaxtı Londonda Ceyms Bondun yeni filminin premyerası keçirilib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, premyerada şou-biznes nümayəndələri ilə yanaşı kral ailəsinin üzvləri də iştirak edib. Şahzadə Çarlz və onun xanımı Kamilla da iştirak iştirakçılar arasında olublar.

Aktyorlara gəldikdə, Bond rolunu aktyor Deniel Kreyq ifa edib. Onun ən qatı düşmənini isə ispan aktyor Xavier Bardem canlandırıb. Filmdə Bondun cazibədar sevgilisi isə fransalı aktrisa Berenis Marlo olub. Hesab edilir ki, film kifayət qədər uğurlu alınıb və film izləmə rekordları qıra bilər.

Sadiq Musa
AzNews.az