Güləş üzrə seçim turnirinin finalı yekunlaşdı

24 Oktyabr 2012 06:18 (UTC+04:00)
"Sərhədçi" İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında açıq Respublika seçim turnirinin final mərhələsi başa çatıb.

AzNews.az xəbər verir ki, yarışların üçüncü günündə sərbəst güləş üzrə 3 çəki dərəcəsi üzrə və yeniyetmə qızlar arasında mükafatlar uğrunda mübarizə aparılıb. Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, Belarus və Rusiyadan olan güləşçilər də qüvvələrini sınayıb.

İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunublar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb edilib və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıblar.

AzNews.az