Nisə Qasımova müğənnilərin əxlaqsızlığından danışdı - QALMAQAL

24 Oktyabr 2012 06:20 (UTC+04:00)


"Mercedes" alt paltarı və üstündən də nazik "salafan" geyinib..."

Xalq artisti Nisə Qasımova iki il əvvəl həmkarı, Xalq artisti Brilliant Dadaşovayla bağlı aralarında yaşanan qalmaqallı siqaret məsələsindən danışıb.
AzNews.az-a açıqlamasında N.Qasımova bunları deyib: "Öz gözündə tiri görmür, başqasında çöp axtarır. Qəsdi-qərəzlik edib kimisə inkar etmirəm. Əgər mənim siqaret çəkməyim əxlaqsızlıq meyarıdırsa, bəs "Mersedes" alt paltarı və üstündən də nazik "salafan" geyinib klip çəkdirmək nədir? Məgər bu qızlarımızın mənəviyyatını pozmur? O da desin ki, siqaret çəkmək əxlaqsızlıqdır, mədəniyyətsizlikdir, alçaqlıqdır və mən də bunu qəbul edim".

Müğənni daha sonra bütün müğənnilərə səslənib:

"Bir müğənninin həyat yoldaşı, uşağı var, amma min oyundan çıxırsa bu, hansı azərbaycanlı qadına yaraşar? İndi kim istəyir, bu sözümü özünə götürsün.
Çünki ad çəkməyəcəm. Mənim həyat yoldaşım da, sevgilim də, sponsorum da yoxdur. Gəzmirəm də, görüşmürəm də. Utanmıram. Çünki hamının qarşısında alnım açıqdır. Adlarını çəkmək istəmədiklərim kiminsə sayəsində varlanıb, qürurla yaşaya bilərlər. Ancaq mənim kimi insanlar 40 il daşı-daş üstə qoyub ev tikib. Çünki bunları halal zəhmətimlə əldə etmişəm. Bəzi ifaçılar kimlərləsə görüşərək paltar alıb, klip çəkdirir.

Onunla-bununla yatıb-durmaq yaxşıdır, yoxsa siqaret çəkmək? Allaha and olsun, mən onları rəzil edərəm. Siqaret çəkməklə özümə zərər-ziyan vururam, ətraf mühitə ziyan vurmuram. Siqaret məsələsini deməklə, özümü gündəmə gətirmirəm. Sonra deməsin ki, özünü siqaretlə gündəmə gətirir. Gündəmə gəlsəydim başqa mövzuları çıxardardım. Bütün müğənnilər şadlıq sarayından içəri başı aşağı daxil olur. Ancaq mən hər kəsə salam verərək keçirəm, tanımadığım insanları təbrik edirəm. İndi fərqə baxın, hansı müğənni daha hörmətlidir?"

Fuad Mədətov
AzNews.az