Sumqayıtdakı faciəyə səbəb olan dəmir arakəsmələr niyə dəyişdirilmir? - Rəsmi

8 Oktyabr 2015 13:09 (UTC+04:00)

AzNews.az-ın ANS TV-ə istinadən məlumatına görə, bir müddət öncə Bakı -Sumqayıt yolunda sərnişin daşıyan marşurut avtobusunun, yol kənarındakı dəmir arakəsmələrə çırpılması və bunun nəticəsində insan itgisi ilə nəticələnən qəzanın baş verməsi, əyrixətli dəmir tirlərin keyfiyyət məsələsini gündəmə gətirdi. Bu ilk belə hadisə deyildi.

Bir neçə dəfə əsasən gecə vaxtlarında baş verən bu tipli qəzalar, insanların həyatına son qoymuşdu. Kimi günahı sürücünün yüksək sürətlə hərəkət etməsində, kimi də nəqliyyat vasitəsinin çırpıldığı dəmir arakəsmələrdə görürdü. Çünkü bu əyrixətli tirlərlə toqquşan avtomobillər, tamami ilə yararsız hala düşürdü. Hətta bu barədə bu günlərdə Milli Məclisdə keçirilən iclasda Millət vəkili Elmira Axundova, əyri xətli tirlərin keyfiyyətinin yenidən yoxlanılması təklifi ilə də çıxış edib.

O bildirib ki, bu arakəsmələrdən Qərbdə də istifadə olunur. Amma onların sınaq müddətində heç bir ağırtonnajlı yük maşınları bu arakəsmələri sındıra bilməyib. Bizdə isə bu arakəsməni kiçik bir sərnişin maşını yarıb keçə bildi. Bunun üçün də bu arakəsmələrin açıq ekspertizası mütləqdir:

"Ya bu arakəsmələr başqaları ilə əvəz olunmalıdır, ya da onların keyfiyyəti artırılmalıdır".

Məsələ aydınlıq gətirən "Azəryolservis" ASC edilən iradlarla razı deyil. Onların sözlərinə görə yol kənarlarında və çox zolaqlı yollarda quraşdırılan əyri xətli tirlər standartlara cavab verir. Baş verən qəzaların əsas səbəbkarının isə dəmir arakəsmələrin yox, yüksək sürətlə avtomobili idarə edən sürücülərdə görür.

Anar Nəcəfli onu da qeyd edib ki, bu əryi xəttlər beynəlxalq standartlara cavab verir və bunlar Azərbaycanda istehsal olunmur. Xaricdən ölkəmizə daxil olur. Hazırda onların hansınınsa dəyişdirilməsi müzakirə mövzusu deyil.

Statistik məlumatlarda, baş verən qəzalarda vətəndaşların ölməsinin əsas səbəbi yüksək sürət göstərilir. Amma görünən odur ki, bu dəmir arakəsmələr yolları bir-birindən ayırdığı kimi, qəza zamanı insanların həyatı üçün də təhlükəli ola bilir.