“Borjomi”nin fəhlələri tətilə başladı

24 Oktyabr 2012 06:24 (UTC+04:00)
"Borjomi Georgia" mineral suları istehsal edilən zavodun fəhlələri tətilə başlayıblar. Lent.az-ın Gürcüstan KİV-ə istinadən verdiyi xəbərə görə, fəhlələr əmək haqlarının artırılmasını tələb edirlər. Məlumata görə, "Borjomi Georgia" şirkətinin rəsmisi Levan Baqdavadze fəhlələrlə görüşsə də, onlar israrla işə çıxmaqdan imtina ediblər.

Zavodun fəhləsi Mariam Xaçidzenin yerli "9 kanal" telekanalına bildirdiyinə görə, onun gündəlik əməkhaqqı 6 lari 70 tetridir (təxminən 4 dollar). "Bu pula isə ancaq çörək almaq mümkündür" - deyə xanım Xaçidze bildirib. Hazırda zavodun bir neçə sexi işləyir. Fəhlələrlə danışıqlar isə davam edir.

AzNews.az