Neftin qiyməti yenidən qalxdı

8 Oktyabr 2015 23:46 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, "qara qızıl"ın qiyməti 1 saatın içində 53 dollara qədər yüksəlib.

Brent markalı neftin bir barrelinin qiyməti üçün artım 3,2% təşkil edir. WTI markalı neftin bir barrelinin qiyməti isə 49,3 dollardır.

Bu gün neftin qiymətinin artım tempi aşağıdakı kimi olub:

Brent - $51,30–53,28;

WTI - $47,79–49,47.

Həftə ərzində isə WTI markasının qiyməti 5%-dən çox, Brent isə 8%-dən artıq yüksəlib. Bu, 2009-cu ildən bu yana ən çox dəyişən qiymət tezliyidir.

Xatırladaq ki, bu il üçün neftin ən aşağı qiyməti avqustun 26-ı qeydə alınmışdı. Həmin vaxt qiymət 46 dollara qədər düşmüşdü.