Yığmamızın rəqibi Bolqarıstan komandasıdır

24 Oktyabr 2012 06:49 (UTC+04:00)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün Bakı vaxtı ilə saat 18:00-da qrupda son oyununu keçirəcək.

AzNews.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın rəqibi Bolqarıstan komandası olacaq.

Bolqarıstanın Sliven şəhərində "Hadji Dimitar" stadionunda keçiriləcək matçın baş hakimi Eitan Şemeulevitç (İsrail), onun köməkçiləri İdan Yarkoni (İsrail), Amir Sabiç (Danimarka), dördüncü hakim isə Mixael Yohansen olacaq.

Qeyd edək ki, yığmamız bundan əvvəl keçirdiyi hər iki görüşü məğlubiyyətlə başa vurub (İspaniya - Azərbaycan 2:0, Polşa - Azərbaycan 1:0).

Ədil
AzNews.az