Daha bir planetdə su tapıldı - Fotolar

9 Oktyabr 2015 14:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, NASA bu gün Plutonun "New Horizons" (Yeni Üfüqlər) tərəfindən çəkilən yeni şəkillərini nümayiş etdirib. "New Horizons" qrup lideri, elm adamı Alan Stern də Plutondakı mavi səmanın göz qamaşdırıcı olduğunu qeyd edib.

Çəkilən şəkillərdə mavi səma və donmuş su (buz), həmçinin ayrıca planetin səthində çoxlu sayda buz parçalarının olduğu görünür.




Sevinc Yasinqızı