Angela Merkel həbs edilə bilər - 5 il müddətinə

9 Oktyabr 2015 20:57 (UTC+04:00)


Musavat.com xəbər verir ki, bu barədə məlumat Almaniya mətbuatında yer alıb.

Almaniya üçün Alternativ Partiya (AFD) tərəfindən Berlin prokrorluğuna edilən şikayətdə A.Merkel insan alverində ittiham olunur.

AFD tərəfindən verilən açıqlamada A.Merkellə bağlı şikayətdə cəza qanununun 96-cı maddəsi əsas göstərilərək, xaricilərin qanundankənar şəkildə ölkəyə gətirildiyinin səbəb göstərildiyi vurğulanıb.

Əgər bu ittihamlar təsdiq olunarsa, A.Merkelin 5 il müddətində azadlıqdan məhrum edilməsi və ya iri məbləğdə pul cəriməsi ödəməsi qaçılmaz ola bilər.