Bakıda ikimərtəbəli ev yandı

9 Oktyabr 2015 21:50 (UTC+04:00)


Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Bakının Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m, 2 otağın yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.