Türkiyənin 2 bölgəsini sel apardı

24 Oktyabr 2012 08:03 (UTC+04:00)
Türkiyənin Balıkesir və Avşa adasında güclü sel baş verib. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, selə səbəb güclü leysan yağışı olub. İnsanlar gündəlik həyatlarında çətinliklərlə üzləşiblər.

Hər iki vilayətdə işıqlar 10 saat sönüb. Evləri və ofisləri su basıb. Yerli vali əhaliyə dəyən ziyanın ödəniləcəyi ilə bağlı məlumat verib və insanları panikaya düşməməyə çağırıb.

Hazırda selin yaratdığı arzuolunmaz nəticələrin aradan qaldırılması yönündə iş aparılır. Dəyən zərərin miqdarı ilə bağlı isə hesablama aparılır.

Sadiq Musa
AzNews.az