“Bolqarıstana yoxlama görüşünә getmirik” - Baş məşqçi

10 Oktyabr 2015 23:42 (UTC+04:00)

AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki matç barədə fikirlərini bölüşüb:

"Mәn İtaliya millisini tәbrik edirәm. Öz komandamı datәbrik edirәm. Yaxşı oyun göstәrdik, meydanda vuruşduq. Komandamdan razı qaldım. Rәqibin qrupda lider olması tәsadüfi deyil. Onlar oyunu ilә bunu göstәrdilәr".
Baş məşqçi oyundakı səhvlərdən danışıb: "Birinci hissәdә iki sәhvә yol verdik ki, rәqib bundan istifadә etdi. İkinci qol lazımsız idi. Adi bir sәhv etdik. İtaliya millisi elә komandadır ki, onlarla hesabda geri düşüb sonradan matçı qurtarmaq çәtindir. Yenә komandam yaxşı mübarizә apardı".

Prosineçki "Ruslan Qurbanovu bir az tez әvәzlәyә bilmәzdiniz?" – sualını belə cavablandırıb:

"Bәlkә haqlısız, bәlkә dә yox. Amma Ruslan aktiv idi. Elә qolun ötürmәsin dә o verdi. Siz bilirsiz ki, İtaliya millisinin futbolçuları hansı klublarda oynayır. Tuğrul Erat "Fortuna"da çıxış edir. U-21-dә oynayırdı, gәnc futbolçudur. Şans vermәk istәdim vә pis olmadı. Qarşıda bizi daha vacib oyun gözlәyir. Bizdә hücumçu yoxdur. Mәcburiyyәtdәn Ruslanı hücumda oynadıram".

Baş məşqçi Rəşad Sadıqov barədə fikirlәrini bildirib:

"Mәn Rәşadın sözlәrin tәsdiq edirәm. Biz bir neçә dәfә danışmışıq. Demişәm ki, Bolqarıstanla matçdan sonra danışacağıq. Hәlә kifayәt qәdәr vaxt var. Söhbәt edib bir qәrar verәcәyik. Әgәr Rәşad öz karyerasını bitirsә, alternativ variantlara baxarıq. Bu gün sizin bu suala Ruslan Abışova şans verәrәm. Ruslan "Qәbәlә"dә yaxşı çıxış edir. Belә rәqiblәrә qarşı Azәrbaycanda çıxış edәcәk 3 mәrkәz müdafiәçisi var. Onlar Rәşad, Bәdavi və Ruslandır".

"Bolqarıstan millisinin baş mәşqçisi bildirib ki, Xorvatiya vә Azәrbaycanla oyunda gәnclәrә şans verәcәm. Sizin dә belә fikriniz varmı?"- sualını Prosineçki belə cavablandırıb:

"Gәnc futbolçular U-21-lә Avstriyaya gedib. Amma yenә deyirәm ki, heyәtdә dәyişikliklәr olacaq. Gәnclәr dә meydana çıxa bilәr. Amma mәn Bolqarıstana yoxlama görüşünә yox, yaxşı nәticә üçün gedirәm".

Baş məşqçi U-21 millimizin dünәn Avstriyaya 0:7 uduzmasına münasibət bildirib:

"Xәbәrim var. Tәsәvvür edirәm, Yaşar Vahabzadәnin vәziyyәti necәdir. Biz bu gün 1:3 uduzmuşuq. Bu yaxşıdır".