Yeni yaradılan universitet nazirliyinin tabeliyinə verildi

11 Oktyabr 2015 13:22 (UTC+04:00)

AzNews.az lent.az-a istinadən xəbər verir ki,"Mingəçevir Dövlət Universitetinin yaradılması barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyul tarixli 1335 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıb:

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Ali təhsil müəssisələri" bölməsinin 20-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"20. Mingəçevir Dövlət Universiteti".