“Yol terroru“ - Daha 8 ölü, 13 yaralı

24 Oktyabr 2012 08:18 (UTC+04:00)
Oktyabrın 23-də respublikanın avtomobil yollarında baş vermiş qəzalarda xeyli insan dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qeydə alınmış 11 yol-nəqliyyat hadisəsi nəticədə 8 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Ən ağır qəza Ağdam rayonunda baş verib. Burada avtomobilin ağaca çırpılması nəticəsində ata və ana ölüb. Sürücünün qardaşı və 2 azyaşlı qızı isə ağır xəsarət alıb.

AzNews.az