Tanınmış türk aktyor öldü

12 Oktyabr 2015 09:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, aktyor bir müddətdir qaraciyər xərçəngi xəstəliyindən müalicə aldığı Pendik Marmara Təhsil və Araşdırma Xəstəxanasında yerli vaxtla saat 02.40-da (Bakı vaxtıyla 04.40) ölüb.

Levent Kırcanın bir həftə əvvəl xəstəliyi ağırlaşdığı üçün xəstəxanaya aparılıb. Amma aktyor iyul ayından bəri xəstəlik səbəbi ilə kemoterapiya olunurmuş.

Levent Kırca 1948-ci ildə Türkiyənin Samsun şəhərində anadan olub. Aktyor ilk dəfə 1964-cü ildə Ankara Dövlət Teatrında səhnəyə çıxıb. Bir çox kino və teatr tamaşalarında yadda qalan obrazlar canlandıran Leven Kırcan "Olacaq o qədər" tamaşaları ilə tanınıb. 1988-ci ildə başlayan və televiziya kanallarında yüksək reytinqlə izlənən "Olacaq o qədər" tamaşaları 22 il davam edib.

1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən aktyora verilən "Dövlət sənətçisi" titulu 2015-ci ildə geri alınıb. Aktyorun ikisi ilk iki həyat yoldaşından, ikisi də aktrisa Oya Başardan olmaqla 4 övladı var. Aktyorun həmçinin Sankt Peterburq "Bal mumu heykəlləri muzeyi"ində heykəli olan yeganə türkdür.

Aktyor 2011-ci ildən "Aydınlıq" qəzetində köşə yazarlığı edir. 2013-cü ildən "Ulusal" telekanalın direktoru olan ölənə qədər bu kanalda idarə heyətinin sədri olub.

O həmçinin , Vətən Partiyasının Mərkəzi İcra heyətinin üzvüdür.

Sevinc Yasinqızı
AzNews.az