Lökbatan və Yeni Biləcəri sakinlərinə - İçməli su xəbərdarlığı

12 Oktyabr 2015 12:16 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Həmin məlumatda bildirilir ki, I və II Kür-Bakı magistral su xətlərində yenidənqurma işləri aparılır. Bununla əlaqədar oktyabrın 12-də gün ərzində Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsinə və Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

AzNews.az