Aynar Məmmədovun kafesində 8 nəfər saxlanıldı - DİN-dən açıqlama

12 Oktyabr 2015 13:12 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzNews.az-a açıqlamasında adıçəkilən kafedə polis tərəfindən əməliyyat keçirildiyini təsdiqləyib. Bildirib ki, həqiqətən də daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən oktyabrın 11-də "Nar" kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.