XİN rəsmisi Meksika ilə münasibətlərə aydınlıq gətirdi

24 Oktyabr 2012 08:15 (UTC+04:00)
"Meksikada ümummilli lider Heydər Əliyevin heykəli və Xocalı abidəsi iki xalqın dostluğunun rəmzidir". Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bu gün keçirdiyi brifinqdə Ermənistanın xarici işlər naziri Nalbadyanın Meksikaya səfəri zamanı bu iki abidə barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.

Meksikanın parlamentdə Xocalıya dair qətnamə qəbul edən ilk ölkələrdən olduğunu deyən XİN rəsmisinin sözlərinə görə, Xocalı abidəsi də Meksika xalqının iradəsini əks etdirib: "Azərbaycanın ümummilli lideri Heydər Əliyev iki ölkə arasında münasibətlərin təməlini qoyub. O, 1982-ci ildə SSRİ rəhbərliyində təmsil olunarkən Meksikaya ilk səfərini səfər edib. O zamandan etibarən ölkələr arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Hər iki abidə bu münasibətlərin simvoludur".

Elnarə Əlosmanqızı
AzNews.az