Abid Şərifov yenə ağladı - VİDEO

12 Oktyabr 2015 18:36 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə Abid Şərifovla yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və digər vəzifəli şəxslər iştirak ediblər.

Abid Şərifov türk xalqına başsağlığı verərək deyib: "Dünyadan köçüb gedən şəhidlərin ailələrinə səbr arzulayıram. Türk xalqına səbr diləyirəm. Bu, son acımız olsun".

Baş nazirin müavini bu sözləri deyərkən göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, oktyabrın 10- Ankarada dəmiryolu vağzalı qarşısında keçirilən mitinq zamanı baş verən silsilə parlayışlar nəticəsində 90-dan çox insan ölüb, 200-dən çox insan isə xəsarət alıb.