Prezidentdən yeni icra başçısı - Təyinatı
12 Oktyabr 2015 18:46 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, sərəncamla A.Hüseynov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
A.Hüseynov icra başçısı təyin edilənədək SOCAR-ın Sosial İnkişaf İdarəsində çalışıb və burada rəis müavini vəzifəsini tutub.
Yeni icra başçısının atası da neftçidir. A.Hüseynovun atası Həbib Hüseynov uzun illərdir ki, SOCAR-da işləyir və şirkətdə müxtəlif vəzifələr tutub.