“Ziya Məmmədov xaricdədir” – Nazirlikdən reaksiya

13 Oktyabr 2015 12:54 (UTC+04:00)

Maraqlıdır ki, müşavirədə Nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib.

Qeyd edək ki, bundan bir neçə gün öncə Ucar rayonunda yeni yolun açılışında da Z. Məmmədov iştirak etməmişdi.

AzNews.az xəbər verir ki, Baku.ws saytı məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov açıqlamasında bildirib ki, mətbuatda yayılanlar sadəcə cəfəngiyyatdır. Nazirlik rəsmisinin sözlərinə görə Ziya Məmmədov iclasa ölkədə olmadığı üçün qatıla bilməyib.

"Ziya Məmmədov oktyabrın 23-nə qədər əmək məzuniyyətindədir. Nazir Bakıda deyil, xaricdədir", - deyə Namiq Həsənov bildirib.