Muğam müsabiqəsinin qalibi Tehranda oxuyacaq

24 Oktyabr 2012 10:09 (UTC+04:00)
2007-ci ildə Heydər Əliyev Fondunun layihəsi əsasında keçirilən televiziya muğam musabiqəsində 3-cü yerin qalibi olmuş, təbrizlı laureat Nasir Ətapur Tehranda konsert proqramı ilə çıxış edəcək.

Oktyabrın 25-27-də "Vəhdət" zalında keçiriləcək konsertdən əldə edilən gəlir bu ilin sentyabrında Güney Azərbaycanda baş verən zəlzələdən zərər çəkənlərə təqdim ediləcək.

Nasir Ətapurun başçılıq etdiyi qrupda Etibar Quliyev, Yaşar Cavadpur, Cəlil Əhmədi, Siyamək Rəzəvi və Rza Nəbahət kimi sənətçilər yer alıb.

Alpər Oğuz
AzNews.az