FİFA “Neftçi”nin xeyrinə qərar verdi

13 Oktyabr 2015 21:54 (UTC+04:00)

AzNews.az klubun saytına istinadən məlumat verir ki, 19.02.2015-ci il tarixdə Moskva klubu FIFA qarşısında tələb olunan təzminatın "Neftçi" tərəfindən ödənməsi tələbi ilə vəsatət qaldırıb.

Uzun müddət davam edən prosesə "Neftçi" tərəfindən təcrübəli vəkil cəlb olunub və "Spartak" klubunun FIFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanıb.

Bu gün FİFA tərəfindən "Neftçi" PFK-ya daxil olmuş məktubda ali futbol qurumunun Mübahisəli Məsələlərin Həlli Şurası proseslə bağlı "Neftçi" tərəfinin haqlı olduğunu və "Spartak" klubunun iddiasının rədd edildiyini bildirib.