Miri Yusif: “Necə deyərlər, bizimlə qalın!” – VİDEO

24 Oktyabr 2012 10:23 (UTC+04:00)
Rep ifaçısı Miri Yusif "Məktub" klipinin kadrarxası görüntülərini təqdim edəcək. AzNews.az-ın məlumatına görə, Miri Yusif bu barədə "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb: "Gərgin işdən çətinliklə ayrılıb, sizə xəbər vermək istəyirəm ki, bu axşam "Məktub" klipinin çəkiliş prosesindən hazırladığımız "making of" videonu təqdim edəcəyik".

Miri Yusif onu da qeyd edib ki, bu həftə pərəstişkarlarıyla görüşəcək:

"Həmçinin, bu həftə Park Bulvarda imzalama mərasimi də keçirməyi planlaşdırmışıq. Necə deyərlər, "bizimlə qalın!"".

Qeyd edək ki, Sözləri Emin Kərimiyə, musiqisi Miri Yusifə aid olan "Məktub" mahnısına çəkilən klipin rejissoru Fərhad Əlidir. Klip Xınalıqda çəkilib.



Fuad Mədətov
AzNews.az