İnvestora 60 il cəza kəsildi

24 Oktyabr 2012 10:31 (UTC+04:00)
ABŞ məhkəməsi Kosta Rikalı investor Minos Varqas Kalvoya 60 il iş kəsib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, iş adamı fırıldaqçılıqda ittiham edilib. ABŞ-ın Federal Təhqiqat Bürosunun rəsmi saytında yer alan məlumata görə, sərmayədar fırıldaq yolu 485 milyon dollar vəsaiti mənimsəyib.

O, saxta sığorta sənədləri düzəltmək və onları qara bazarda satmaqda ittiham edilib. Kosta Rikalı iş adamı hətta bu məqsədlə saxta sığorta şirkəti də qeydiyyatdan keçirib. Şirkət təkcə Amerika bazarı ilə kifayətlənməyərək özünə Avropanın qabaqcıl ölkələrindən də müştərilər cəlb edib.

Sadiq Musa
AzNews.az