BDU-nun qarşısında vurulan tələbələrlə bağlı son məlumat - 1-i reanimasiyadadır

14 Oktyabr 2015 11:30 (UTC+04:00)


Bu barədə AzNews.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə zamanı ölən olmayıb. Yaralıların vəziyyəti isə yaxşıdır. Onların hər biri hadisədən sonra Klinik Tibbi Mərkəzə (KTM) aparılıb.

6 yaralıdan artıq 3-ü evə buraxılıb. Yaralı Fərhad Rzayev hazırda mərkəzin reanimasiya şöbəsindədir. Digərlərinin isə vəziyyəti normaldır.

Qeyd edək ki, Yaralıların hamısı tələbədir.

Sevinc Yasinqızı