Xəstəxanaya düşən Xalq şairinin vəziyyəti yaxşıdır

14 Oktyabr 2015 11:41 (UTC+04:00)


Birliyin rəsmisi Rauf Aslanov AzNews.az-a açıqlamasında bildirib ki, S.Tahirin səhhəti yaxşılaşmağa doğru gedir: "Dünən onun yanında olmuşam. 39 dərəcə qızdırması var idi. Amma indi vəziyyəti yaxşılaşıb".

Xatırladaq ki, Azərbaycanın xalq şairi Söhrab Tahirin vəziyyəti qəfildən dəyişib və o, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Buna səbəb şairi ürəyində yaranmış problemlər olub.

Bahar RÜSTƏMLİ
AzNews.az