246 nəfər nazirliyin imtahanından kəsildi

14 Oktyabr 2015 14:12 (UTC+04:00)


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 8840 nəfərə "Buraxılış vərəqəsi" verilib. Onlardan 7513 nəfər imtahanlardan uğurla keçib, 246 nəfər isə kəsilib. İmtahanlarda iştirak edənlərin 3209 nəfəri 90 baldan çox, 3282 nəfəri 75-90 arası, 1022 nəfəri 60-75 arası bal toplayıb.

İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 3100 nəfərə yaxın namizəd artıq qeydə alınıb.

Sevinc Yasinqızı