Hökumətə 6 gün vaxt verildi

14 Oktyabr 2015 14:35 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, deputat Siyavuş Novruzov həmkarlarına üz tutaraq təşviqat kampaniyası dövrü olduğu üçün müzakirələrin dayandırılmasını və hökumətə on gün vaxt verilərək ayın 20-də bütövlükdə büdcə zərfinə səs verilməsini təklif edib.

Spiker Oqtay Əsədov isə müzakirələrin dayandırılması ilə bağlı təklifləri belə ümumiləşdirib:

"Bir çoxlarımız seçki kampaniyasında iştirak edirik. Bunun üçün büdcə ilə bağlı təkliflərə baxmaq üçün hökumətə on yox, altı gün vaxt verək. Ayın 20-də büdcə layihəsinə səs verək".