30 min iş yeri niyə bağlanıb? -Hökumət araşdırmağa başladı

14 Oktyabr 2015 16:00 (UTC+04:00)

Ölkə başçısı bildirib ki, həmin iş yerlərinin nə səbəbdən bağlandığı araşdırılmalıdır. AzNews.az xəbər verir ki, bağlanan iş yerləri ilə bağlı modern.az saytına açıqlama verən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, prezident tapşırıq verib və məsələ ciddi araşdırılır:

"Bununla bağlı tapşırıq verilib, araşdırma gedir. Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi birlikdə araşdırma aparır"