Ərdoğan ölmüş jurnalisti məhkəməyə verdi
15 Oktyabr 2015 10:46 (UTC+04:00)
AzNews.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə "Sözcü" qəzetinin köşə yazarı Yılmaz Özdil bugünki yazısında qeyd edib.
Y.Özdil köşəsini bu mövzuya həsr edib və bildirib ki, Ərdoğan iyun ayında vəfat etmiş və Gölbaşı məzarlığında dəfn edilmiş təcrübəli jurnalist Cüneyt Arcayürəkə öz köşə yazısında paylaşması üçün təkzib göndərib. Jurnalistin yazdığına görə, Ərdoğanın iddiası təmin olunacağı halda vəfat etmiş jurnalist barəsində pul cəriməsi və həbs cəzası çıxarıla bilər.