Elgün İbrahimovdan İTV-də yeni vəzifə almasına - Reaksiya (Yenilənib)

15 Oktyabr 2015 13:42 (UTC+04:00)

O, AzNews.az-a açıqlamasında bildirib ki, yeni təyinatdan söhbət belə gedə bilməz: "Aprel ayında İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktoru təyin olduğum zaman avtomatik olaraq Şuraya üzv olmuşam. İctimai Televiziyanın Direktorlar Şurasına üzv seçilməyim yeni xəbər deyil. Sadəcə olaraq televiziyanın internet səhifəsində direktorlar şurasının siyahısı yenilənib və adım həmin üzvlər sırasında qeyd olunub. Çox güman ki, buna görə yeni təyin olunduğumu zənn ediblər".

***
11:42


Elgün İbrahimov İctimai Televiziyanın Direktorlar Şurasına üzv seçilib.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, E.İbrahimov İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktorudur. O, beynəlxalq münasibətlər üzrə bakalavr, amerikaşünaslıq üzrə magistr dərəcəsinə malikdir.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən əvvəl bir neçə media qurumunda, eləcə dəLider TV-də işləyib.

Qeyd edək ki, İTV-də direktorlar şurasının tərkibini telekanalın baş direktorunun təqdimatı ilə yayım şurası müəyyən edir.