Yekaterinburqda azərbaycanlını döyüb öldürdülər - FOTO

24 Oktyabr 2012 11:47 (UTC+04:00)


Rusiyanın Yekaterinburq şəhərinin Bardin-Çkalov küçələrinin kəsişməsində meyi tapılıb. Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polis öldürülən şəxsin 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olduğunu müəyyən edib.

Ekspertizanın ilkin rəyinə görə, həmyerlimiz döyülərək qətlə yetirilib. Hadisədən dərhal sonra meyitin tapıldığı yerə şəhərdə yaşayan azərbaycanlılar yığışıb.

Məlumata görə, onların hamısı bahalı maşınlarda olublar. Amma bir qədər sonra hadisə yerini tərk ediblər. Yerli polis öldürülən şəxsin kimliyini hələ açıqlanmır. Amma ilkin versiyaya görə, öldürülən cavan oğlan şəhərdə yaşayan çox imkanlı bir azərbaycanlının övladıdır.

Faktla bağlı cinayət işi qaldırılıb.

AzNews.az