Vaşinqton Rusiyadan tələb etdi

24 Oktyabr 2012 15:55 (UTC+04:00)
Rəsmi Vaşinqton Rusiyanı "Pussy Riot"la bağlı məhkəmə qərarına yenidən baxmağa çağırıb. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland açıqlama verib.

O, bildirib ki, qrup üzvlərinə qarşı qeyri adekvat cəza kəsilib. "Onlara verilən cəza törətdikləri əməllə adekvat deyil. Aydındır ki, məhkəmə qərarına daha humanist yanaşıla bilərdi".

Qeyd edək ki, qrup üzvləri hər biri iki il azadlıqdan məhrum edilib və fərqli həbsxanalara göndərilib.

Sadiq Musa
AzNews.az