İvanişvili hakimiyyətdə 1.5 il qalacaq

24 Oktyabr 2012 12:46 (UTC+04:00)
"Gürcü arzusu" koalisiyasının lideri sensasiya sayıla biləcək açıqlama verib. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, o, bildirib ki, bir il yarımdan sonra hakimiyyətdən və vətəndaş cəmiyyətinə qoşulacaq.

Bundan əlavə, İvanişvili ölkəni tərk edəcəyi ilə bağlı fikirlərə də aydınlıq gətirib.

"Mənim Gürcüstanı tərk etmək fikrim yoxdu. Gürcüstanda qalacağam. Ancaq istəyirəm ki, arxamda elə bir komanda qoyum gedim ki, onlar xalqa verilən bütün vədləri yerinə bilsinlər".

Sadiq Musa
AzNews.az