Afaq Bəşirqızının oğlu Məmmədovun şirkətinə rəhbər gətirildi - Açıqlama

19 Oktyabr 2015 10:40 (UTC+04:00)

AzNews.az Azərfax-a istinadən xəbər verir ki, S.Təhməzov bundan sonra avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirən "M.Trans" MMC-yə rəhbərlik edəcək.

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, o, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və ölkənin əksər rayonlarındakı avtovağzallara da nəzarət edir.

Xalq artisti Afaq Bəşirqızı AzNews.az-a açıqlamasında oğlu S.Təhməzovun işləri barədə danışmaq istəmədiyini deyib: "Mənim oğlum heç kəsi maraqlandırmasın. Anlamıram, kimin nəyinə lazımdır? Mətbuat məni bezdirib".

Xatırladaq ki, "M.Trans" MMC Anar Məmmədova məxsus "Garant Holding"ə daxil olan şirkətlərdən biridir.

MMC-yə bundan əvvəl nəqliyyat naziri Ziya Məmmədovun qohumları – qardaşı və baçısı oğlanları rəhbərlik edib.

Bahar RÜSTƏMLİ
AzNews.az