Filip Kirkorovun konsert niyə təxirə düşdü? – TƏFƏRRÜAT

24 Oktyabr 2012 13:22 (UTC+04:00)
Bakıda konsert proqramı ilə çıxış etməsi gözlənilən Rusiyanın tanınmış müğənnisi Filipp Kirkorovun konserti təxirə salınmasıyla bağlı bəzi saytlarda məlumat Yer alıb.

Məlumatda bildirilir ki, müğənninin noyabrın 8-də "Bakı kristal Zalı" da keçirilməsi nəzərdə tutulan solo konserti təxirə düşüb. Səbəb isə texniki problemlərlə bağlıdır. Bildirilib ki, konsert üçün satılan biletlərin geri qaytarılması mümkündür.

Bu dəqiqələrdə AzNews.az-a daxil olan məlumata görə, F.Kirkorovun Bakıda konsert proqramıyla çıxış etməsinə bəzi millət vəkillərə qarşı çıxıb. Məlumatda qeyd olunur ki, etiraza səbəb müğənninin Ermənistanda solo-konsert proqramıyla çıxış etməsi və konsert zamanı bu ölkənin bayrağını başı üstünə qaldırması olub.

Məlumat üçün bildirək ki, noyabrın 9-da F.Kirkorovun Bakıda Heydər Əliyev Sarayında konserti keçiriləcəkdi. Daha sonra müğənninin konsertinin noyabrın 8-də "Baku Crystal Hall" səhnəsində keçirilməsi planladırıldı.

Fuad Mədətov
AzNews.az