«Azərreyl» qələbə ilə başladı

24 Oktyabr 2012 16:50 (UTC+04:00)
Bu gün Avropa Çempionlar Liqasının yeni mövsümün növbəti oyunlarına start verilib. AzNews.az xəbər verir ki, "D" qrupunda yer alan qadın voleybolçulardan ibarət "Azərreyl" klubu doğma divarlar arasında Almaniya "Dresdner"ini qəbul edib.

Matç meydan sahibələrinin istədiyi kimi başlamasa da, sonradan təşəbbüsə yiyələnmək mümkün olub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə "dəmiryolçular" rəqibini üstələyib – 3:1 (23:25, 25:14, 25:14, 25:17).

Kamran Hacı
AzNews.az