Formula 1 üzrə dünya çempionlarıyla görüş olacaq

24 Oktyabr 2012 17:07 (UTC+04:00)
Sabah "City Challenge GT 3" yarışlarının məşhur pilotlarıyla görüş keçiriləcək. AzNews.az xəbər verir ki, "Park Bulvar"da təşkil olunacaq görüş saat 12.00-dan 13.00-dək baş tutacaq.

Tədbirə qatılan hər şəxs Formula 1 üzrə dünya çempionları, dünya şöhrətli pilotlar Jack Villeneuve və Jos Verstappenin imzasını ala biləcəklər.

Qeyd edək ki, "City Challenge GT 3" yarışlarında "Aston Martin Vantage GT3", "Audi R8 LMS", "BMW Z4 GT3", "Ferrari 458 İtalia GT3", "Lamborghini Gallardo LP 600+", "Mercedes Benz SLS AMG GT3", "Porsche 911" və başqa markalı avtomobillər iştirak edəcək.

Fuad Mədətov
AzNews.az