Dövlət Yol Polisindən tıxacla bağlı açıqlama

24 Oktyabr 2012 17:19 (UTC+04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən lent.az-a bildirilib ki, hazırda şəhərin Tbisili prospekti-Sulutəpə dairələri arasında yaranmış avtomobil sıxlığı həmin istiqamətdə nəqliyyatın intensivliyinin artması ilə bağlıdır: "Sabahdan başlayaraq, bir neçə gün bayram olduğu üçün Bakının rayonlara əsas çıxış ola bu yolda nəqliyyatın hərəkəti də normal günlərə nisbətdə dəfələrlə artıb.

Xüsusilə axşam saatlarında, iş günü başa çatdıqdan sonra şəhərdən çıxış birdən-birə kıəskin artıb və sıxlıq yaranıb".

Yol polisindən bildirilib ki, həmin istiqamətdə böyük tıxaca səbəb olacaq qəza və ya digər hadisə baş verməyib: "Hazırda həmin istiqamətdə nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bütün qüvvələr səfərbər olunub".

AzNews.az