Terrorizmdə şübhəli bilinən 1600 nəfər saxlanıldı - Türkiyədə

20 Oktyabr 2015 23:33 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən bildirir ki, bu haqda oktyabrın 20-də ədliyyə naziri Kenan İşık məlumat verib.

"İyulun 22-dən bu günədək PKK-nın və onun strukturlarına yaxın olan qruplaşmaların 1308 nəfəri tutulub. Bundan əlavə, 276 İŞİD üzvü, 89 nəfər İnqilabi Xalq-Azadlıq Partiyasının (cəbhəsininn) və digər sol ekstremist təşkilat üzvü saxlanılıb. Saxlanılanların ümumi sayı 1673 nəfərdir", - nazir deyib.